“Azparking” ÖZBAŞINALIĞI: İnsanların keçid yolu PARKİNQ OLDU - VİDEO

media-hightechnic-468x90

Bakının Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsində “Azparking” yeni parklama xətləri çəkir.

Yenicag.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin təqdim etdiyi videodan göründüyü kimi, bu ərazi 9 mərtəbəli bina ilə fərdi yaşayış evlərinin arasında yerləşir, qarşı tərəfdə isə yenə də çoxmərtəbəli binalar var. Məhz, bu keçid xətti sakinlər üçün əsas gediş-gəliş yoludur.

Buradan hər gün uşaqlar 286 nömrəli məktəbə, 98 nömrəli bağçaya gedir, insanlar marketə, aptekə və digər məişət obyektlərinə üz tutur. Yəni bu sahə piyadaların sərbəst hərəkəti üçün çox vacibdir.

Ərazidə yaşayan sakinlər bu yerdə parkinq xəttinin çəkilməsinə etiraz ediblər. Çünki, buradan piyadalar keçir və burada piyada keçidi nəzərdə tutulmalıdır – əlində yük, səbət olan vətəndaş maşınların arasından keçməyə məcbur qalır:

“Bunu məsul şəxslərə izah etməyə çalışdıq, amma təəssüf ki, bizi dinləmədilər. Əksinə, elə davrandılar ki, guya biz haqsızıq. Burada problem təkcə bir xəttin çəkilməsi deyil, vətəndaşa münasibətdədir. Dövlət qurumları şəxsi biznes obyekti deyil. Onlar vətəndaşın maraqlarını nəzərə almalı, təhlükəsizliyini təmin etməlidirlər. Amma görünür, bəziləri üçün vətəndaş deyil, qazandıqları gəlir daha önəmlidir. Bu cür münasibət onu göstərir ki vətəndaşa qayğı yoxdur. Halbuki dövlətin əsas vəzifəsi vətəndaşın təhlükəsizliyini, rahatlığını və hüququnu qorumaqdır”, – deyə Samir Əsədli bildirib.

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa