!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTV 9 əməkdaşın işdən çıxarılması xəbərinə aydınlıq gətirdi

!Reklam – Yazi

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun bir neçə əməkdaşının oğurluq etdiyi üçün işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, son günlər bəzi internet resurslarında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ünvanına həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və anonim xarakterli məlumatlar yayılıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 9 sürücünün işdən azad edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərək bildirib ki, həmin sürücülər QSC-dən yanacaq oğurluğu edib və bu, konkret faktlar, avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC bu barədə (8 nəfər barəsində) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər barəsində) Laçın Rayon Məhkəməsinə müraciət göndərib.

“Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişləri var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər.

Vurğulamaq lazımdır ki, müraciətdə adları çəkilən sürücülərdən biri – Məmmədov Anar Vaqif oğlu təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, həmçinin digər 8 nəfər yenidən bu əmələ əl atıblar.

Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvaciblərinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma gedir və QSC nəticəsi barədə ictimaiyyətə açıqlama verəcək”, – deyə qurumdan bildirilib.

COP29

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv