Azxeber.com 16 yaşını qeyd edir

media-hightechnic-468x90
Bu gün Azxeber.com informasiya portalının 16 yaşı tamam olur.

media-banner_tuq

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Saytın “İnstagram”da 860 min, “Tiktok”da 800 min, “Youtube”də 50 min, “facebook”da 100min, “Threads”də 60 min, “Telegram”da isə 30 minə yaxın izləyicisi var.

Yeni Çağ Media Qrup kollektivi Azxeber.com-da çalışan həmkarlarını təbrik edir, onlara işlərində uğurlar arzulayır!
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05