“Bacılarda milli şüur, milli mənlik problemi var”

media-hightechnic-468x90

axar.az1393670497publika.az1393667654axar.az1389287969fezailBu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verliş başlar-başlamaz verilişin aparıcıları olan Sevil-Sevinc bacılarından biri kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.

Bu haqda Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlama verib. . Onun fikrincə, bacılarda milli şüur, milli mənlik problemi var: “Xəzər TV-də Sevil-Sevinc bacılarının verlişinə baxmışam. Qızlar istedadlı olmalarına baxmayaraq Azərbaycan milli təfəkküründən uzaqdırlar və görünən budur ki, onlar ölkəmizdə böyüyüb formalaşmayıblar. Milli şüurun yetərincə olmaması, milli mənliyin kifayət qədər formalaşmaması onların bu davranışlarına gətirib çıxaran amillərdəndir. Yəqin ki, bu da onların milli valyutamıza münasibətini göstərir”.

Deputat deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyinin atributlarından olan manata hörmətsizlik haramlığın ifadəsidir: “Bu Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir. Bizim valyutamız həm də, Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqlliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur”.

Aparıcının yol verdiyi səhvə görə cinayət tərkibinin olub-olmamasını deyə bilməsə də, F.Ağamalı hesab edib ki, bu, cinayətdən çox insana təsir edən ictimai qınaqdır: “Əgər bu qınaq təkcə sizin saytınızda deyil, eyni zamanda Xəzər TV-nin özünə qədər gedib çatırsa və KİV-lərdə ictimai qınağa səbəb olursa, bu, özü-özlüyündə onlar üçün çox böyük cəza olardı”(a24.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600