ARB TV-nin “Faydalı saat” verilişinin növbəti qonağı Yunan-Roma güləşi üzrə Avropa çempionu Rəsul Çunayev olub.
Yenicag.az xəbər verir ki məşhur idmançı bacısı uşaqlarına olan sevgisindən ağız dolusu danışıb:
“Bacım uşaqlarının birinin 3 yaşı, digərinin isə 1 yaşı var. Uşaqlıqdan onların qeydinə çox qalmışam. İndi Balakəndədirlər. Onlar üçün çox darıxıram və onlar da mənim üçün ağlıyırlar. Deyirlər, dayı sənin yanına, Bakıya gəlmək istəyirik. Onlar hətta ilk dəfə danışmağa başlayanda ana deyiblər”.
İdmançının “subaylığın daşını nə vaxt atırsız?” sualına cavabı isə belə olub:
“Planda yoxdur. Çünki qarşıda məni dünya çempionatı gözləyir, sentyabr ayında. Əgər orada 1-5-ci yerləri tutsam Avropa oyunlarına lisenziya qazanacam. Əsas məqsədimiz Tokyo olimpiyadasına hazırlaşmaqdır. Nə qədər ki, canımda sağlamlıq var istəyirəm ki, bu şanslardan istifadə edim”.
www.yenicag.az