Avropa çempionatı: Daha beş güləşçisimiz mübarizəyə başlayır

media-hightechnic-468x90

Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün mübarizəyə start verəcək.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

H.Cəfərov daha əvvəl üç, N.Məmmədli iki, Q.Qurbanov bir dəfə qitə çempionatında qızıl mükafat əldə ediblər.

Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.

Avropa çempionatı aprelin 26-da başa çatacaq./Report/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05