Badamdarda 600 nəfər üçün iftar süfrəsi açıldı-FOTO

media-hightechnic-468x90

unnamedSəbail rayonu Səbail rayonunun Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunub.

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır.

Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur. Mübarək ayın əvvəlindən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçəri şəhərdəki «Cümə məscidi»ndə iftar süfrələri keçirildi. Növbəti belə bir tədbir rayonun Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında rayon ictimaiyyətinin, bələdiyyələrin, rayonda fəaliyyət göstərən bütün dini icmaların nümayəndələrinin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsi, müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşmış məsburi köçkünlərin – ümumilikdə 600 nəfərin iştirakı ilə keçirilib.

İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Hacı Surxay müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirib.. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O, respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışaraq bir neçə gün əvvəl böyük uğurla başa çatmış ilk Avropa Oyunları, onun ən yüksək dünya standartları səviyyəsində təşkil olunduğunu bildirdi.

Natiq qeyd edib ki, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda toleyrantlıq ənənələri daha da möhkəmlənmiş, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunmuş, yeniləri tikilmişdir. Belə ki, Səbail rayonunda Ulu öndəri Heydər Əliyevin səyləri ilə Bibiheybət məscidi yenidən tikilmiş, sonrakı illərdə isə rayondakı digər məscidlər əsaslı təmir olunub. Asif Əsgərov həmçinin Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında Qafqazda ən böyük məscid olan Heydər Məscidinin tikintisindən də danışmışdır. Natiq gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirdi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik etdi. Tədbirdə qeyd olundu ki, bu kimi iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən gündəlik olaraq İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəkdir. Milli Məclisin Komitə sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də iftar süfrəsində iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600