Bağçada RƏZALƏT: Uşaq qan içində qaldı, rəhbərlik GİZLƏTDİ - FOTO

media-hightechnic-468x90

Biləcəri qəsəbəsində yerləşən 291 saylı uşaq bağçasında baş verən hadisə bir daha göstərdi ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki məktəbəqədər müəssisələrdə nəzarət və məsuliyyət tamamilə iflic vəziyyətindədir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bağçada uşaqlara lazımi nəzarət göstərilmədiyindən azyaşlı pilləkəndən yıxılaraq ağır xəsarət alıb. Uşağın baş və üz nahiyəsindən qan axdığı bildirilir.

media-77134881-86e2-4f6a-8bbb-fcaa6f612b7f
Buna baxmayaraq, bağçanın rəhbərliyi təcili tibbi yardım çağırmayıb və uşağa heç bir peşəkar tibbi yardım göstərilməyib. Hadisə zamanı çəkilən fotolarda azyaşlının qan içində olduğu açıq şəkildə görünür.

Valideynlərin sözlərinə görə, bağçanın rəhbərliyi baş verəni ört-basdır etməyə çalışıb və hadisəni gizlətməyə üstünlük verib.

media-68c23b07-465f-4ffa-97cd-144b05cb73ef
Valideynlər məsul şəxslərin cəzalandırılmasını və Elm və Təhsil Nazirliyinin rəhbəri Emin Əmrullayevdən şəxsən reaksiya verməsini tələb edirlər. Onların fikrincə, bu kimi hadisələr nazirliyin sistemli nəzarətsizliyinin və idarəetmədəki xaosun nəticəsidir.

Son illər bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra da vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib. Nazir Emin Əmrullayevin islahat adı altında apardığı idarəetmə siyasəti, təhsil sisteminin digər sahələrində olduğu kimi, bağçalarda da acınacaqlı nəticələr doğurur.

Hadisə ilə bağlı hələlik nə Nazirlikdən, nə də bağçadan rəsmi açıqlama verilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa