!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakı Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək - 2019-cu ildə

!Reklam – Yazi

Bakı 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

Yenicag.az xəbər verir ki, Memorandum Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində Avropa Olimpiya Komitəsinin prezidenti Janez Kocijančič, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə arasında imzalanıb.

Sözügedən tədbirdə çıxış edən gənclər və idman naziri bildirib ki, Azərbaycan Avropa Gənclər Olimpiya Festivalına mükəmməl səviyyədə keçirəcək.

Maraqlıdır ki, hər iki ildən bir baş tutan sözügedən yarış sonuncu dəfə Macarıstanın Dyor şəhərində keçirilib. Bakıdan sonra isə Avropa Gənclər Olimpiya Festivalına Slovakiyanın Koşitse şəhəri ev sahibliyi edəcək. Yarışın tarixinə nəzər yetirsək, görərik ki, AGOF daha çox ölkənin ikinci, üçüncü dərəcəli, bəzən də turizm əhəmiyyətli şəhərlərində keçirilib. Bunlar arasında Hollandiyanın Utrext, Türkiyənin Trabzon, Filandiyanın Tampere, İspaniyanın Mursiya kimi şəhərləri var.

Bəs, belə olan halda başbilənlər niyə Bakını seçib? Olmazdı ki, AGOF-a Qəbələ, Gəncə, Sumqayıt kimi şəhərlərimiz ev sahibliyi edərdi? Belə olan halda digər şəhərlərimiz də yarış sayəsində tanınmış olacaqdı. İndiyədək Bakıda, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi yarışların keçirildiyini nəzərə alsaq, deməli, küləklər şəhərindən çox, digər bölgələrimizin həm reklama, həm də inkişafına ehtiyac var.

Məsələ ilə bağlı təcrübəli idman jurnalisti Natiq Muxtarlı da eyni fikirdədi. Yenicag.az-a danışan Muxtarlı da bildirib ki, bölgələrə üz tutmaq şərtdir:

“Azərbaycanın bölgələrində belə miqyaslı yarışı keçirtmək üçün infrastruktur yoxdur. Çox təəssüf ki, Azərbaycanın idman infrastrukturu ancaq və ancaq Bakını əhatə edir. Təsəvvür edin ki, ölkənin ən böyük ikinci şəhəri olan Gəncə Avropanın idman paytaxtı olmağa iddialıdır. Ancaq Gəncə şəhər stadionu xarabalığı xatırladır. Ümumiyyətlə, azərbaycanlıların idmanla çox az məşğul olduğu dəqiqdir. İnsanları, xüsusən də gəncləri idmana cəlb etmək üçün bu cür festivalların keçirilməsi bəlkə də məqsədəuyğundur. Amma bu festivallar bölgələrdə keçirilsəydi daha yaxşı olardı. Pis-yaxşı, Bakıda idman infrastrukturu qurulub. Ona görə də diqqət bölgələrə ayrılmalıdır. Azərbaycanın ənənəvi idman növlərindəki əsl potensialı məhz bölgələrdə yatıb. O potensialı axtarıb tapmaq üçün bölgələrə üz tutmaq vacibdir”.

Emin Səfərov

COP29

www.yenicag.az

3434
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv