Bakı bulvarına tramvay çəkilir

media-hightechnic-468x90

14123190795649716982_600x400Böyük Bakının Regional İnkişaf Planında paytaxtın nəqliyyat və ekoloji probleminin həlli də nəzərə alınıb. Belə ki, gələcəkdə sərnişin daşınmasında elektriklə işləyən nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcək.

Bubarədə  müsahibəsində danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev qeyd edib ki, gələcəkdə paytaxtda sərnişindaşımada əsas nəqliyyat vasitələrindən biri tramvay olacaq.

Bu, ekoloji cəhətdən olduqca vacibdir. Xüsusən bulvar ətrafında ekoloji standartlara uyğun olmayan nəqliyyat vasitələrinin hərəkətinin qarşısı alınmalıdır. Bu baxımdan bulvarboyu tramvay xəttinin çəkilməsi daha mühüm addım olardı.

Gələcəkdə su nəqliyyatından da geniş istifadə olunacağını söyləyən C.Qocayev deyib: “Bildiyimiz kimi, Pirallahı rayonu adalardan ibarətdir. Eyni zamanda, Xəzər İslands adaları inşa olunur. Təbii ki, bu kimi yerlərdə su taksilərinin fəaliyyətindən geniş istifadə etmək daha əlverişlidir. Zamanı qabaqlamaq istəməsəm də, vaxt gələcək Bakıda günəş batareyaları ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik. Qaradağa, Sumqayıta və digər istiqamətlərə elektrik qatarlarının işləməsi də aktual məsələlər sırasındadır. Bunlar təkcə bizim istəyimiz deyil, zamanın tələbidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600