!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

!Reklam – Yazi

Dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli müvafiq qərarı ilə “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında yaradılmış “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur.

Yenicag.az xəbər verir ki, müsabiqənin şərtləri aşağıdakılardır:

1. Müsabiqədə hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər;

2. Loqo müasir və beynəlxalq imicə sahib olmalı, kollecin dünyəvi elm mərkəzi olduğu burada öz əksini tapmalıdır. Bununla yanaşı, loqoda dövlətçilik, milli kimlik, həmrəylik kimi məqamlar, eyni zamanda multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən elementlər də yer ala bilər.

3. Loqotip dizaynının məntiqi izahı, forması, ölçüsü, rəngi, hərf seçimi və s. ilə bağlı əlavə məlumatlar da təqdim edilməlidir;

4. Loqo elektron formada (pdf, cdr, eps,ai) [email protected] e-mail ünvanına göndərilməlidir;

5. Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər. Loqo nümunələri müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək;

6. Müsabiqənin qalibinə 500 AZN pul mükafatı təqdim olunacaq;

7. Loqo nümunələrinin son təqdimetmə tarixi 20.06.2024-cü il saat 18:00-a qədərdir;

8. Müsabiqənin qalibi 24.06.2024-cü il tarixində elan olunacaq.

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv