!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bakı ilə Moskva arasında münasibətlərin yumşaqlığı onu göstərir ki..." - Hərbi ekspert

!Reklam – Yazi

“Ekofəalların öz tələblərindən geri çəkilməmələri onu göstərir ki, Bakının istəyi hələ də tam təmin olunmayıb”.

Bunu Arayik Arutyunyanın və Ruben Vardanyanın Moskvadan yenidən Qarabağa gəlməsi və prosesin sonrakı gedişatı haqqında fikirlərini bölüşən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Ruben Vardanyan Moskvanın yeni tapşırıqlarını həyata keçirmək üçün Qarabağa gəlib:

“Ruben Vardanyan Qarabağdan birdəfəlik getsəydi, mütləq şəkildə yerinə kimisə təyin edərdilər. Ruben Moskvaya məsləhətləşməyə gedib. Moskva ilə İrəvan arasında oyun gedir. Təbii ki, Bakı da burada öz rolulu almaq istəyir. Moskva hər iki tərəflə oyun aparır. Moskva Azərbaycanı sakitləşdirməyə çalışır ki, Qarabağı sizin tərkibinizdə tanıyıram, ancaq mənim də orada öz planlarım var. Moskva dedikdə bunu tək Putin kimi başa düşmək lazım deyil. Rusiya böyük ölkədir, orada nazirlərin, digər qurumların, oliqarxların da öz maraqları var. Bu maraqlardan çıxış edən Vardanyan Qarabağda oyun aparır.

Ekofəalların öz tələblərindən geri çəkilməmələri onu göstərir ki, Bakının istəyi hələ də tam təmin olunmayıb. Hesab edirəm ki, bu məsələ hələ də davam edəcək. Vardanyan yeni tapşırqla gəlib. Onu yerinə yetirməyə çalışacaq. Azərbaycan da əlini əlinin üstünə qoyub otura bilməz. Ən əsası, Laçının məskunlaşdırılmasını həyata keçirmək lazımdır. Laçında sürətli işlər gedir. Yay aylarında şəhərdə məskunlaşma olacaq. Laçında məskunlaşandan sonra ermənilər də anlayacaqlar ki, azərbaycanlılar gəlib və bundan sonra başqa addım ata bilməyəcəklər. Laçınla Şuşa bir-birinə bağlı kilidlərdir. O kilidlər yerində olsa, Qarabağda hansısa müstəqillikdən və başqa şeylərdən söhbət gedə bilməz.

Ruben Vardanyan da müəyyən işləri həll edəndən sonra gedəcək ki, onların yerində qalanlar Bakı ilə anlaşa bilsinlər. Bakı və Moskva arasında son vaxtlar münasibətlərin yumşaqlığı onu göstərir ki, isti münasibətlər var. Bütün məsələlər də bizim istəyimizə doğru gedir. Hesab edirəm ki, ermənilər və Qarabağdakı rejimin rəhbərləri konfrantasiyaya gedə bilməz. Əgər konfrantasiya dərinləşəcəksə, cavablarını da alacaqlar.

Fransa nümayəndələrinin, İranın və Ermənistanın Qarabağa heç bir təsir etmək gücü yoxdur. Araçı kimi yalnız Moskva fəaliyyət göstərə bilər. Moskvanın münasibəti də əvvəlki kimi deyil, daha yumşaqdır”.

Səxavət Məmməd

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv