"Bakı İrana qarşı hərbi deyil, humanitar yanaşma nümayiş etdirir" - Politoloq

media-hightechnic-468x90

“Bu addım təkcə müharibə dövründə deyil, həm də münaqişə bitdikdən sonrakı mərhələdə Bakı üçün mühüm siyasi və mənəvi istinad nöqtəsi kimi əhəmiyyət daşıyacaq”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-asif_nerimanl-1

O, Azərbaycanın humanitar yardımının siyasi mesajlarını şərh edib.

Politoloq bildirib ki, Azərbaycanın İrana yolladığı humanitar yük ünvana çatdırılıb:

“Bu addım Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığından sonra həyata keçirilsə də, Bakı belə bir dəstəyin göstərilməsini daha əvvəl planlaşdırmışdı. Lakin İran tərəfindən Naxçıvan istiqamətində baş verən hücum səbəbilə yardım müvəqqəti olaraq dayandırılmışdı. Həmin insidentlə əlaqədar Azərbaycanın Tehran qarşısında irəli sürdüyü əsas tələblər  hadisənin ətraflı araşdırılması və məsul şəxslərin cəzalandırılması  hələ tam icra olunmasa da, Bakının humanitar yardım göndərməsi bir neçə mühüm məqam baxımından diqqət çəkir.

Əvvəla, bu addım göstərir ki, Azərbaycan İranla bağlı hərbi qarşıdurmanın tərəfi deyil və mövqeyini müharibədən deyil, humanitar yanaşmadan müəyyənləşdirir. Rəsmi Bakı heç vaxt İrana qarşı platformaya çevrilməyib və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən irəli sürülən ittihamlara baxmayaraq, regionda qonşuluq münasibətlərinə əsaslanan siyasət yürütməyə davam edir. Yardımın göndərilməsi də bu mövqenin praktik təzahürü kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, bu humanitar jest İran hakimiyyətinin ölkənin cənub bölgələrində yaşayan soydaşlarımız arasında yaymağa çalışdığı “Azərbaycan İrana qarşı düşərgədədir” kimi təbliğatın təsirini zəiflədən bir növ qoruyucu amil rolunu oynayır. Beləliklə, bu addım təkcə müharibə dövründə deyil, həm də münaqişə bitdikdən sonrakı mərhələdə Bakı üçün mühüm siyasi və mənəvi istinad nöqtəsi kimi əhəmiyyət daşıyacaq”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05