Bakı-İstanbul aviareysləri təxirə salınıb

media-hightechnic-468x90

55e48d79645a964193f2e156a40064edTürkiyədə hökm sürən sərt hava şəraiti səbəbindən Bakıdan İstanbula yerinə yetirilən bütün aviareyslər təxirə salınıb.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) verilən məlumata görə, bu gün Bakıdan İstanbulun Atatürk hava limanına 09:45 və 17:15 radələrində həyata keçirilməsi nəzərdə tutulan aviareyslər təxirə salınıb.

“Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 800 daxili və beynəlxalq aviareysi ləğv edib.

Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub və Atatürk hava limanının işini iflic edib.

Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb. Kommunal xidmətlər yolları təmizləməyə çalışsalar da, bir çox yollarda tıxaclar yaranıb, ictimai nəqliyyatın fəaliyyəti qismən dayandırılıb.

Qeyd edək ki, təxirə salınan aviareyslərin 6500-ə yaxın sərnişini otellərdə yerləşdirilib, 15 minə yaxın sərnişinə isə hava limanı daxilində xidmət göstərilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600