Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı Limanından Respublika Günü ilə bağlı maraqlı AKSİYA - VİDEO

Bakı Limanı 28 May – Respublika Günü ilə əlaqədar olaraq maraqlı aksiya həyata keçirib.

Yenicag.az məlumatına görə, Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq “Azərbaycan” sözü yazılıb.

Hər bir hərf 23 metrdən hündür olmaqla, yeddi metrə yaxın bir ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən #BizBirlikdəGüclüyük həştəqi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.

Xatırlatmaq istərdik ki, #BizBirlikdəGüclüyük ümumrespublika kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.

www.yenicag.az

301