Bakı metrosunda iş rejimi dəyişdiriləcək

media-hightechnic-468x90

baku_metro_100215Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək.

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, hələlik dəyişiklik Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərə aid edilir: “I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə iyunun 12-dən 28-dək Bakı metrosunda iş vaxtı 01:00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər. Əgər rəsmi qərar olarsa, bu vaxtın daha da uzadılması istisna edilmir”.

Xatırladaq ki, hazırda metro səhər saat 06:00-dan gecə saat 00:00-a kimi işləyir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa