!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda telefon oğurlayan şəxs saxlanıldı

!Reklam – Yazi

Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs – Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

1485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv