Bakı metrosunda yenilik

media-hightechnic-468x90

загруженное“Bakı Metropoliteni” QSC mövcud sistemin yeniləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində əsaslı işlər həyata keçirir. Sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə qurum metroloji təminatın yeni səviyyəyə yüksəldilməsi üçün yeni nəsil defektoskopiya və diaqnostika avadanlıqlarından istifadə edəcək.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, məsələ ilə bağlı QSC Böyük Britaniyanın “Megger” şirkəti ilə əməkdaşlıq etmək qərarına gəlib.

Yaxın vaxtlarda şirkətin məhsulları metropolitenə gətiriləcək.

“Megger” şirkəti elektrik ölçü və test avadanlıqlarının tam çeşidini istehsal edir. Avadanlıqlar istənilən elektrik sistemində elementlərin etibarlılıq və təhlükəsizliyini doğru və səlis qiymətləndirməyə imkan verir”, – deyə N. Paşayev qeyd edib.

Onun sözlərinə görə, artıq avadanlığın istehsalı ilə bağlı metropolitendə əməli işlərə başlanılıb: “Bu məqsədlə elektrik təchizatı xidmətində “Nərimanov” elektrik deposu və elektromexanika xidmətlərinin mütəxəssislərinin iştirakı ilə hazırlıq tədbirləri görülür. Yeni növ cihazların səmərəli istismarını təşkil etmək üçün şirkətin mütəxəssisləri metropolitendə treninqlər keçirəcək. Avadanlıqlar və cihazlar ingilis dilində olacaq”.

Qeyd edək ki, yeni avadanlıqlar sayəsində nəinki ölçmələrin dəqiqliyi təmin olunacaq, həm də işin operativliyi və sürəti də artırılacaq. (apa.az)

media-ziraat-728x90

Bakı metrosunda yenilik

media-hightechnic-468x90

edeİctimai nəqliyyatda vahid kart-ödəniş sisteminin Bakı Metropolitenində tətbiqi ilə bağlı iş aparılır.

Bu haqda informasiyanı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yayıb.

Səhmdar Cəmiyyət bununla əlaqədar Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq edir.

Metropolitendə mövcud kart-yükləmə aparatlarının daha müasir və etibarlı qurğularla əvəzlənəcəyini də deyən Nəsimi Paşayev qeyd edib ki, QSC ümumilikdə sərnişinlərə xidmət sisteminin tam yeniləşdirilməsini planlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600