Bakı metrosunda yenilik

media-hightechnic-468x90
img1786335İyunda Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metrosunda elan və məlumatlar Azərbaycan və ingilis dillərində səsləndiriləcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib: “Hazırda bunun üzərində iş gedir”.
N.Paşayev əlavə edib ki, metroda istiqamətverici lövhələr də həm Azərbaycan, həm də ingilis dilində olacaq.
“Bu məlumat lövhələrində ekspress avtobusların olduğu yerlər – “Koroğlu”, “Elmlər Akademiyası”, “Gənclik”, “28 May”, “20 Yanvar”, “Nizami” stansiyaları da qeyd ediləcək”, – deyə Metropoliten rəsmisi əlavə edib.
report.az
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa