Bakı qlobal mərkəzə çevrilir: "Azərbaycanın strateji gücü WUF13-də görünür"

media-hightechnic-468x90

“WUF13 Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və strateji baxışını əks etdirən mühüm beynəlxalq platformadır.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

media-media-whatsapp-image-2025-12-05-at-17-00-13-1-26k9bs-1

WUF13 platformasının Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun artmasına və Cənubi Qafqazda söz sahibi olmasına xidmət edəcəyini qeyd edən deputat, tədbir haqqında bunları deyib:

“WUF13 Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, artan siyasi çəkisinin və müasir inkişaf modelinin dünyada yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir. Günümüzdə Azərbaycan qlobal platformaların diqqət mərkəzində olan dövlətlərdəndir. COP29-dan sonra belə mötəbər bir tədbirə ev sahibliyi etməyimiz ölkəmizə olan böyük etimaddan xəbər verir.”

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma layihələrinin dünya ölkələri üçün örnək təşkil etdiyini vurğulayan G. Ağamalı, forum müddətində bu reallıqların dünyaya geniş şəkildə çatdırılmasının vacibliyindən bəhs edib:

“WUF13 çərçivəsində gündəmə gətirilən dayanıqlı inkişaf, iqlim, şəhərsalma və yaşıl enerji istiqamətləri ölkəmizin dövlət siyasətində mühüm yer tutur. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən ‘Ağıllı şəhər’ və ‘Ağıllı kənd’ layihələri beynəlxalq səviyyədə maraqla izlənilir. Azərbaycan azad olunmuş torpaqlarda gələcəyə hesablanmış yeni yaşayış və şəhərsalma konsepsiyası tətbiq edir.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir infrastruktur layihələri, yaşıl enerji siyasəti, ekoloji yanaşma və rəqəmsal idarəetmə sistemi Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının əsas sütunlarını təşkil edir.”

Deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin ölkəmizə gəlməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür:

“WUF13 Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və strateji baxışını əks etdirən mühüm beynəlxalq platformadır. Azərbaycan sabitlik, inkişaf və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan siyasəti ilə dünyada öz mövqeyini davamlı şəkildə gücləndirməkdədir. Bu gün Bakının minlərlə xarici iştirakçıya ev sahibliyi etməsi ölkəmizin beynəlxalq əməkdaşlıq və dialoq mərkəzinə çevrildiyini təsdiqləyir. Dövlət başçımızın uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan beynəlxalq müstəvidə yeni qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05