Bakı-Quba yolunda iki maşın toqquşub

media-hightechnic-468x90
hyBu gün Bakı-Quba-Rusiya Rederasiyası dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza magistralın 132-ci km-də, Şabran rayonunun Gəndob kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rzayev Vüsal Mübariz oğlunun idarə etdiyi “BMW” markalı avtomaşınla Siyəzən rayon sakini, 1986-cı il təvəllüdlü Mahmudov Ənvər Yavər oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Quliyeva Rəqsanə Əhəd qızı, 1972-ci il təvəllüdlü Quliyev Vətən Nadir oğlu, 2008-ci il təvəllüdlü Məmmədtağıyeva Mehriban Mehrab qızı, 2010-cu il təvəllüdlü Quliyeva Gülsurə Vətən qızı, 1986-cı il təvəllüdlü Məmmədtağıyeva Ofelya Əhəd qızı, 1982-ci il təvəllüdlü Aslanov Əflatun Əhəd oğlu, 1968-ci il təvəllüdlü İbrahimova Nəzakət Əlislam qızı və 1987-ci il təvəllüdlü Rzayeva Səbinə İbrahim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 4 nəfər stasionar qaydada müalicələrini davam etdirir və vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qalanları isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600