Bakı-Quba yolunda minik maşını traktora çırpılıb

Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Məhsimov Rasim Əliağayevişin idarə etdiyi “Hyundai Elentra” markalı, 99 BH 914 dövlət nömrə nişanlı avtomaşın Xaçmaz rayon sakini Şahbazov Babək İsrafil oğlunun idarə etdiyi traktora çırpılıb. Qəza nəticəsində “Hyundai”nin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.