Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.
Aparılan profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakinləri olan iki qardaş “İJ-27” və “İJ-12” markalı tüfəngləri könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölmsinə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
www.yenicag.az