!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı sakininin evinə aldatma yolu ilə daxil olan 3 nəfər quldurluq etdi

!Reklam – Yazi

Bakı sakininin evinə aldatma yolu ilə daxil olan 3 nəfər ona qarşı quldurluq edib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva, habelə J.Mahmudova saxlanılıblar.

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv