Bakı-Sumqayıt sürət qatarı daşlandı

media-hightechnic-468x90

Bakı-Sumqayıt sürət qatarına daş atan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19:00 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan üç yeniyetmə müəyyən edilərək saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600