Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval endiriləcək

media-hightechnic-468x90

“Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə endiriləcək”.

Yenicag.az xəbər verir ki, bunu report-a müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

“Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir.

Hazırda Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1 800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minədək ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq”, – qurum rəsmisi əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600