Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı-Sumqayıt yolunda zəncirvari qəza - VİDEO

Bakıda bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Üzü şəhər istiqamətində olan “KİA Sportage”, “Toyota” və “LADA” markalı avtomobillərinin arasında baş vermiş qəzada xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzada minik maşınlarından biri beton arakəsməyə çırpılıb. Hər 3 avtomobilə ziyan dəyib.

Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunub, araşdırma aparılır./Trend/

www.yenicag.az

2916