“Bakı–Tbilisi qatarının bərpası strateji addımdır” - Naqif Həmzəyev

media-hightechnic-468x90

Azərbaycan ilə Gürcüstan arasında dəmir yolu sərnişin daşımalarının yenidən bərpası regional nəqliyyat əməkdaşlığında yeni mərhələ kimi qiymətləndirilir.

media-banner_tkm

Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Çağ.az-a açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə həyata keçirilən bu addım ölkənin nəqliyyat infrastrukturunda yeni bir səhifənin açılmasını simvollaşdırır”.

Deputat qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martında dayandırılan Bakı–Tbilisi qatar reyslərinin mayın 26-dan və ya 28-dən etibarən yenidən fəaliyyətə başlaması həm iqtisadi, həm də strateji baxımdan mühüm hadisədir. Onun sözlərinə görə, “seçilmiş tarix də xüsusi simvolik məna daşıyır. Mayın 26-sı Gürcüstanın Müstəqillik Günü, mayın 28-si isə Azərbaycanın Müstəqillik Günüdür”.

Naqif Həmzəyev vurğulayıb ki, bu qərar Prezident İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşün nəticəsi kimi formalaşıb: “Tərəflər görüş zamanı strateji tərəfdaşlığı və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib, ikitərəfli koordinasiya Şurasının protokolunu imzalayıblar”.

Deputat bildirib ki, Prezident İlham Əliyev dəmir yolu infrastrukturunun inkişafını hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirib: “Prezident aprelin 3-də Bakı Dəmir Yolu Vağzalında Bakı–Tbilisi–Qars xəttində hərəkət edəcək yeni sərnişin qatarı ilə şəxsən tanış olub, qatarın texniki imkanlarını yerində nəzərdən keçirib. Bu addım ölkə rəhbərinin sektora göstərdiyi diqqətin bariz nümunəsidir”.

Millət vəkili diqqətə çatdırıb ki, Bakı–Tbilisi marşrutu üzrə istifadəyə veriləcək yeni qatar İsveçrənin Stadler Rail Group tərəfindən istehsal olunub və müasir texnologiyalarla təchiz edilib. O bildirib ki, “qatar saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malikdir və bir istiqamətdə 246 sərnişin daşıya bilir”.

Naqif Həmzəyev qeyd edib ki, Bakı–Tbilisi–Qars xəttinin tam potensialla fəaliyyəti region üçün yeni imkanlar açacaq: “Bu layihə yük daşımalarında yeni imkanlar yaradacaq, regionda turizmi canlandıracaq, işgüzar əlaqələri artıracaq və iki qardaş xalq arasındakı humanitar körpünü daha da möhkəmləndirəcək”.

Deputat sonda Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib: “Fürsətdən istifadə edərək öz adımdan və Gəncə seçiciləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, ADY rəhbərliyi və əməkdaşları yüksək səviyyədə xidmətlərini davam etdirərək Bakı–Tbilisi marşrutu üzrə sərnişinləri məmnun edəcəklər”.

Camal Cavanşir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05