"BAKI-XANKƏNDİ" VELOSİPED YARIŞI: 2-ci mərhələyə start verilib - FOTO

media-hightechnic-468x90

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 2-ci mərhələ start götürüb.

media-banner_tkm

Yenicag.az Apasport.az-a istinadən xəbər verir ki, bu mərhələdə velosipedçilər “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət edəcəklər.

2-ci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.

***

Bu gün “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ikinci mərhələsi keçiriləcək.

Yenicag.az “Report”un turnirə ezam olunan əməkdaşının məlumatına istinadən bildirir ki, II etap 193,2 kilometr məsafəni əhatə edəcək.

Bakıda start götürəcək bugünkü tur Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşacaq.

Ötən gün ilk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

media-6a017f7d85bcb6a017f7d85bcc17784830686a017f7d85bc86a017f7d85bca media-6a017f7d4112d6a017f7d4112e17784830686a017f7d4112a6a017f7d4112b media-6a017f7ccd1ad6a017f7ccd1ae17784830686a017f7ccd1aa6a017f7ccd1ab media-6a017f7c7df1b6a017f7c7df1c17784830686a017f7c7df186a017f7c7df19 media-6a017f7c246716a017f7c2467217784830686a017f7c2466f6a017f7c24670

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05