Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.

media-banner_tkm

Bəs, Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq?

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, tunelin tikintisi yekunlaşmaq üzrədir:

““Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası başa çatdırıldıqdan sonra Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpası ilə əlaqədar işlərə başlanılacaq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05