Bakıda 63 min manatlıq dələduzluq edən qadın tutuldu

media-hightechnic-468x90

Bakıda dələduzluq edən qadın saxlanılıb.

media-banner_tkm

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb, onlardan ümumilikdə 63 700 manat pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05