Bakıda 85 yaşlı kişi qətlə yetirildi

Bakıda 85 yaşlı kişi qətlə yetirilib.

Yenicag.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində həmyerlisi Sakit Mirzəyev tərəfindən qətlə yetirilib.

Hadisəni törədən S.Mirzəyev saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır./Report/