Bakıda ağır qəza: “KamAZ” aşdı - VİDEO

media-hightechnic-468x90

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəzanın görüntüsü sosial şəbəkədə paylaşılıb.

Belə ki, hadisə paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsində qeydə alınıb.

“KamAZ” markalı su maşını kranla toqquşub. Zərbənin təsirindən su maşını aşıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində ölən olmayıb:

“Hadisə yerinə cəlb olunan DYP əməkdaşları ərazidə nəqliyyatın hərəkətini bərpa edib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Həmin istiqamətdə nəqliyyatın hərəkətində müəyyən sıxlıq yaransa da, artıq qəzanın fəsadları aradan qaldırılıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa