Bakıda Andronik təbliğ edilir-Foto
Bakının Nərimanov rayonun Montin qəsəbəsində, yerləşən kafedə, fanarın üzərinə erməni cəlladı Andronik Ozanyanın şəkli vurulub.
Yenicag.az xəbər verir ki, Andronikin Ozanyanın şəkili kafenin çölündə yerləşən fanarın üzərinə vurulub. Andronik Ozanyan ötən əsrin əvvəllərində minlərlə türk- müsəlmanın əhalisinin qətlə yetirilməsində birbaşa istirak etmişdir. Belə bir şəklin oraya vurulmasının səbəbi isə hələlik bəlli deyil.
Qeyd edək ki, fotolar Facebook sosial şəbəkəsində, QHT Xəbər saytının baş redaktoru, tanınmış aktivist Sənan Nəcəfov tərəfindən paylaşılıb.
***
Hazırda pubun yerləşdiyi ərazidə çoxlu sayda polis əməkdaşları var. “Stara Praqa” adlanan pubı hazırda işlədən Ramin adlı şəxsin sözlərinə görə, hələ iki il əvvəl bu pubu alarkən həmin foto olub və onun altında Pyotr Nikodimoviç Montinin adı yazılıb.
Sahibkar bildirib ki, portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün onu götürməyib.
Qeyd edək ki, artıq Andranikin portreti oradan götürülüb. Pubın icarədarı Ramin Nərimanov RPİ 18-ci polis bölməsinə ifadəsi almaq üçün aparılıb. Fakt üçün polis əməkdaşları sözügedən portret və reklam bannerlərini də götürüblər.
qafqazinfo.az