!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtobus dayanacağı hasarlanıb - FOTO

!Reklam – Yazi

Bakının Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafı zəbt edilib. Bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, baxış nəticəsində müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacağın ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Bununla da sərnişinlərin ora daxil olması təhlükəli hal alıb. Vətəndaşlar məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir.

www.yenicag.az

1973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv