Bakıda avtodayanacaq yandı-Fotolar

media-hightechnic-468x90

kkkolBu gün səhər saatlarında Bakıda avtomobil dayanacağı yanıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən  verilən məlumata görə, hadisə Xaqani 53 ünvanında, köhnə dəyirmanın yanında yerləşən dayanacaqda qeydə alınıb. Hadisə yerinə ikinci çağırışla 4 avtomobil yollanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə şahidlərin bildirdiyinə görə, yanğın zamanı biri polis maşını olmaqla bir neçə avtomobil yanıb. 

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa