Bakıda avtomobil ilə avtobus toqquşdu: 1 ölü

media-hightechnic-468x90

39316470Bakıda sərnişin avtobusun törədiyi qəzada bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Rauf Sabir oğlu Yusifovun idarə etdiyi “VAZ 21-07” markalı avtomobillə , 184 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı “VAZ 21-07” markalı avtomobildə olan 1956-cı il təvəllüdlü sərnişin, sürücünün atası Sabir Abdulla oğlu Yusifov hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətlə ilə xəstəxanaya yerləşdirilib.

***
Bakının Suraxanı rayonu ərazisində, “Daewoo” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobili toqquşub.

“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas ediliblər. Əməliyyat saat 06:13-də başa çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600