!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda polisdən qaçan "Mazda" işıqfora "girdi" - VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

Hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında “BMW” markalı avtomobil keçərkən polisdən qaçan və yüksək sürətlə qırmızı işıqda keçən “Mazda” ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəliblər. Qəzadan dərhal sonra “Mazda”nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis “Mazda”nın sürücüsünü axtarır./Report/

***

13:42

Bakının Nərimanov rayonunda yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə Prezident iqamətgahının yaxınlığında baş verib. Belə ki, idarəetməni itirən sürücü işıqfor dirəyinə çırpılıb.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

3569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv