Bakıda avtomobil yolun ortasında yandı, sıxlıq yarandı
Bakının mərkəzi prospektində avtomobil yanır.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib. Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.












