Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs olundu

media-hightechnic-468x90

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.

Yenicag.az xəbər verir ki, “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.

Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Ə.Rzayev barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa