Bakıda bədbəxt hadisə – Pəncərə silmək istəyən tələbə yıxılıb öldü – FOTO

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb.

N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb.

Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub./APA/