Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda beynəlxalq konfrans keçirilib - FOTOLAR

Bu gün “Baku Expo Center”də “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfrans açılış və işçi sessiyası olmaqla iki hissədən ibarət olub.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, ƏMDK sədri Kərəm Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev, Belarus Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev, Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz əmlak üzrə investisiyaların idarə edilməsi və təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer əl-Marri iştirak ediblər.

Konfransa həmçinin 14 ölkədən, o cümlədən, Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən olan dövlət qurumlarının, eləcə də xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici qurumların 100-dən çox nümayəndəsi qatılıb.

Komitənin açıqlamasına görə, tədbirin məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən Azərbaycanda daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır: “Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir. Həmçinin, ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investror kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də tədbirin məqsədlərindəndir”.

Tədbiri giriş sözü ilə açan ƏMDK sədri K.Həsənov bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır: “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 37-ci yerdən 35-ci sıraya yüksəlmişdir. Azərbaycan “Doing Business 2018” hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb”.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi sahəsində uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar fonunda özəlləşmə prosesində də yeni yanaşmalar tətbiq edilir, əmlak idarəçiliyi müasir standartlar əsasında qurulur. Bu isə respublikanın əmək sektoruna, o cümlədən özəlləşdirmə prosesinə yatırılan xarici investisiyaların artmasına şərait yaradır.

Daha sonra Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev çıxış edərək konfransın əhəmiyyətinə toxunub. Bildirib ki, tədbir ölkələr arasında daşınmaz əmlakın və torpaq idarəçiliyi, özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, tətbiq olunan yeniliklərin, innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından çox yaxşı vasitədir.

Tədbirdə ölkədə inşa edilən sosial evlərin də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, habelə inşaat sektoruna müsbət təsir göstərəcəyi vurğulanıb. Qeyd edilib ki, sosial mənzillər inşaat sektorunu və tikinti materialları sənayesini investisiya baxımından daha da cəlbedici edir.

Elvin Paşazadə

www.yenicag.az

1086
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM