Bakıda Britaniya vətəndaşının ölümü ilə bağlı rəsmi açıqlama

media-hightechnic-468x90

bcdf1375e5cdb33370cf094d2b3ad2edBöyük Britaniyanın Azərbaycandakı səfirliyi ötən gün Heydər Əliyev prospektində baş verən qəzada ölən şəxsin Britaniya vətəndaşı olduğunu təsdiqləyib.

Bu barədə səfirliyin mətbuat üzrə koordinatoru Günel Əhmədova məlumat verib.

“Biz iyunun 23-də baş verən qəzada bir nəfər Britaniya vətəndaşının ölümünü və ikisinin yaralı halda xəstəxanaya aparıldığını təsdiq edirik. Onlara konsulluq yardımı göstəririk”,- deyə G. Əhmədova bildirib.

Bakı 2015 Avropa Oyunlarının mərasimlərini təşkil edən “FiveCurrents” şirkəti də dünən Heydər Əliyev prospektində baş verən qəza haqqında bəyanat yayıb.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, bəyanatda qeyd olunub ki, “FiveCurrents” dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib: “Komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır. Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600