Bakıda bu istiqamət üzrə müntəzəm marşrut xətti açılır – RƏSMİ

media-hightechnic-468x90

Martın 23-dən Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə parkın direktoru Etibar İbrahimov özünün “Facebook” səhifəsində yazıb.

“Bu tarixdən etibarən Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək”, – E. İbrahimov bildirir.

Bu xətt üzrə daşımalar “Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti” MMC tərəfindən həyata keçiriləcək.

Bir istiqamətdə xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05