Bakıda bu məktəb sökülür, yenisi tikiləcək - 3,6 milyon ayrıldı

media-hightechnic-468x90

Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, yerində isə 480 şagird yerlik yeni bina tikiləcək.

Təhsilin İnkişafı Fondu tikinti işlərini Global İnteriors Group şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək.

Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib.

Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır./iqtisadiyyat.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05