Bakıda DƏHŞƏT: Bir ailənin dörd üzvünü maşın vurdu

media-hightechnic-468x90

Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb.

Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları – 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ana və oğlun vəziyyəti ağırdır.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa