!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli yanğın - İçindəki əşyalarla birgə kül oldu - VİDEO

!Reklam – Yazi

Paytaxtın Yasamal rayonunda şəxsi yaşayış binası yanıb.

Yenicag.az xəbər verir ki, Sübhi Salayev 61 ünvanında yerləşən və Həsənov Nazim adlı vətəndaşa aid olan şəxsi yaşayış evində yanğın olub. Hadisə bu gün təxminən 15:25 radələrində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Yanğını söndürmək istiqamətində işlər davam etdirilir.

Ev sahibinin oğlu Nihat Həsənlinin sözlərinə görə, alovun genişmiqyaslı olmasına səbəb yanğınsöndürmə xidmətinin hadisə yerinə 35 dəqiqə gecikməsi olub. Həsənli mənzilin içərisindəki maddi-texnoloji avadanlıqlarla birgə tamamiylə yanaraq sıradan çıxdığını deyib.

Evin kupça sənədinin də yandığı etimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Həşim

www.yenicag.az

2738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv