Bakıda ehsan qadağasına əməl edilmir: "Bir o qalıb ki, araq versinlər, onu da gətirib içənlər var" - VİDEO
Rayonlarda ehsan mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər davam etdiyi bir vaxtda Bakının mərkəzi məscidlərində – xüsusilə də Təzəpir və digər böyük ibadət ocaqlarında geniş şəkildə təşkil olunan təntənəli ehsan süfrələri cəmiyyətdə suallar doğurur.
Qadağaların bölgələrdə sərt tətbiq olunduğu halda, paytaxt məscidlərində belə mərasimlərin açıq şəkildə keçirilməsi ictimai narazılığa, eləcə də qərarların icrasında bərabərliyin olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev fikirlərini deyib.
Partiya sədri bu məsələdə ciddi tədbir görülməli olduğunu bildirib:
“Azərbaycanda heç bri qanuna əməl etməyən bri zümrə var. Pulları o qədər çoxdur, bilmirlər, nə etsinlər. Rayonlarda tətbiq edilən məhdudiyyət çox gözəldir. Belə də olamalıdır. Gedib kredit götürüb o qədər yas verənlər olub. Bir araq verməkləri qalır, onu da bəziləri özü ilə gətirib aşağıda süzüb içir. Bunları biz görmüşük.
Birinci sort, ikinci sort ölülər var? Ölüyə belə hörmət etmirlər. Belə olduğu halda, bəzi rayon sakinləri deyəcək, noldu onun ölüsü mənim ölümdən artıqdır? Kiminsə dədəsi kiminsə dədəsindən artıq deyil!”.
Ətraflı videomaterialda:
Samir Məcid












