!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda əsas prospektdə maşın aşdı - Yaralılar var - ADLAR/FOTO

!Reklam – Yazi

Bakıda səhər saatlarında baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Babək prospektində baş vermiş qəzada iki nəfər – piyada və sürücü xəsarət alıblar.

Onlar, avtomobilin sürücü 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç kəllə-beyin travması, said sümüyünün sınığı, piyada 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəmməd oğlu bud və baldır sümüklərinin sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

09:40

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az  xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Hadisə Babək prospektindən şəhərin mərkəzi istiqamətində qeydə alınıb.

Hazırda qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

www.yenicag.az

4982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv