!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda əsas prospektdə problem - Su borusu partladı

!Reklam – Yazi

Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.yenicag.az

1353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv